Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
12 rayonda TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) bölgələrdə radiomonitorinq işlərinə start verib.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə DRİ-dən məlumat verilib. İdarədən bildirilib ki, RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq “Radiomonitorinq” şöbəsinin mütəxəssisləri tərəfindən 12 rayonda araşdırmalar aparılır.
Mütəxəssislər Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində TV və FM proqramlarının yayım vəziyyətini araşdıracaqlar.
SEYMUR
27/05/15 Çap et