Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın 10 ildə istehlak elektronikası bazarında illik artım 4 faiz olacaq


“Transparency Market Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə dünya istehlak elektronikası bazarının həcmi 1,074 trilyon dollar təşkil edib, 2022-ci ilədək bazarda dövriyyə 1,55 trilyon dollara çata bilər. Beləliklə, hesabat dövründə (2014-2022-ci illər) ortaillik göstərici 4 faiz olacaq.
 
Bildirilir ki, coğrafi baxımdan ən böyük bazar kimi 2013-cü ildə ümumi istehlak elektronikasının satışında payı 31 faizi ötən Asiya-Sakit okean regionu olaraq qalacaq. Bu region həmçinin mədaxilin artım tempi üzrə lider olacaq. İrəliləyişə daha böyük töhfəni Hindistan, Cənubi Koreya və Çin verəcək. Mütəxəssislər böyük potensiala malik bazarlara Braziliya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələri də aid edirlər.
 
Ümumilikdə mütəxəssislər gələcəkdə istehlak elektronikasına tələbatın daha da artmasını proqnozlaşdırırlar ki, buna da smartfonların qiymətinin aşağı düşməsi və onlayn ticarətin inkişafı xidmət edəcək.
 
Analitiklər onu da əlavə edib ki, istehlak elektronikası bazarının son istifadə baxımından ən böyük seqmenti smartfon, planşet, fotokamera, noutbuk, televizor, MP3-pleyerlər və s. olacaq. Ekspertlərin fikrincə, qeyd olunan məhsullar siyahısında daha çox tələbat smartfonlara olacaq, - "DailyComm yazır.




27/05/15    Çap et