Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Selfi” həvəskarları üçün yeni smartfon
“ASUS” şirkəti “Zenfone Selfie” adlanan “selfi” çəkmək üçün nəzərdə tutulmuş smartfon istehsal etmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni smartfon modeli iki LED-işıqlandırmalı 13 meqapiksellik ön kamera ilə təchiz ediləcək. Bu isə öz növbəsində zəif işıqlanmada daha keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.
Yeni smartfonun ekranının ölçüsü, ola bilsin ki, 5,5 düym ola bilər.
Aynur Vəliyeva
29/05/15 Çap et