Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış sistemində cümlələrin tamamlanması funksiyası genişlənib


“Google” şirkəti axtarış sifarişlərində proqnozlaşdırma mexanizmini inkişaf etdirmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin  məlumatına əsasən, bu günədək axtarış sistemində söz birləşməsi yazılaraq həmin sözün mümkün müxtəlif variantları təqdim olunurdu.
Amma indi “Android”də təkcə tamamlanmış axtarış cümləsi yox, həm də proqnozlaşdırılmış sualların cavablarına da rast gəlmək mümkün olacaq.
 
“Google”da hesab edirlər ki, ilk növbədə bu, axtarışı tezləşdirir. İkinci növbədə isə hətta istifadəçinin hələ ağlına gəlməyənləri belə öyrənməyə imkan verir.
 
Aynur Vəliyeva
 
 




29/05/15    Çap et