Beş ildən sonra peykləri Yerdən internetlə idarə etmək mümkün olacaq
Rusiyanın Samara Dövlət Aerokosmik Universitetinin alimləri peykləri modemlərlə təchiz edərək onları internet vasitəsilə peyk telefon rabitəsi sisteminə qoşmağı təklif edirlər.
Bundan sonra kosmik obyektləri Yer kürəsinin internet şəbəkəsinin mövcud olduğu istənilən nöqtəsindən idarə etmək mümkün olacaq. Alimlərin fikrincə, sistem artıq beş ildən sonra istifadəyə verilərək geniş tətbiq ediləcək.
"Peyklər çox, yerüstü idarəetmə mərkəzləri isə azdır. Gələcəkdə kosmik aparatların sayı artacaq, buna görə də artıq bu gün peykləri idarə etmək üçün yeni imkanlar axtarmaq lazımdır", - ali məktəbin kosmik tədqiqatlar kafedrasının müdiri İqor Belokonov deyib.
Bildirilir ki, hazırda peyklərdən məlumatları yalnız onlar yerüstü izləmə mərkəzlərinin əhatə zonasında olanda almaq mümkün olur. Bu gün universitet və özəl şirkətlər kosmosa öz peyklərini buraxırlar ki, onlar da dünyada izləmə stansiyalarını xərclərin çox olmasına görə avadanlıqla təchiz edə bilmirlər və bu səbəbdən əlavə ödəniş etməklə nəhəng kosmik informasiya qəbulu və emalı mərkəzlərinə müraciət edirlər. Bundan başqa, mərkəzlərin yükü günü-gündən artır.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə Yerdən elektron məktubu onu peykə ötürəcək kosmik telefoniya obyektinə göndərmək mümkün olacaq, -
"TASS" yazır.