Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran “Bakı 2015”-in televiziya, rəqəmsal və mobil platformalar üzərindən yayımını təşkil edəcək
"Bakı 2015" Qərbi Asiyada ən böyük ölkə olan İranı Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib. Təşkilat Komitəsindən qeyd edilib ki, "General Entertainment and Media" (GEM TV Qrup) İran üçün eksklüziv yayım hüququnu əldə edib və Oyunları "YAHSAT", "NILESAT" və "HOTBİRD" kanallarından ödənişsiz yayımlayacaq.
Razılaşmaya əsasən televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon əhalinin fars və kürd dillərində izləyə biləcəyi gündəlik yayımlar təşkil olunacaq. "Bakı 2015" yarışlarını yayımlayan şirkətlər İranı da Amerika, Hindistan, Çin, Honkonq, Ərəb dünyası və Avstraliya kimi ölkələr sırasına qoşur.
"Bakı 2015 "Oyunlarının Baş Əməliyyat direktoru Saymon Kleqq bu addımı yüksək dəyərləndirib:
"İran ictimaiyyətinin ilk Avropa Oyunları həyəcanına qoşula bildiyini görmək çox gözəldir. Avropa Oyunlarının çağırışı təqdirəlayiqdir. Bizim məqsədimiz bu 50 il ərzində hər zaman mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropa və digər ölkələrdə mümkün qədər çox insan tərəfindən izlənilməsini təmin etmək idi. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə bu kimi yarışlara olan marağın böyük olduğunu göstərir".
Həqiqət İSABALAYEVA
30/05/15 Çap et