Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni troyan “Android” qurğularını hədəf alıb


"Android" qurğularının istifadəçilərinə hakerlər tərəfindən həyata keçirilən hücumlar artır.

"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" məlumatına əsasən,  artıq ziyanverici tərkibə malik olan spam-mesajların sayı 10 minlərlə ölçülür. Məktub əlavələri  "Adobe Flash Player"in yenilənməsi kimi meydana çıxır. Məktub əlavə yükləndikdə məlum olur ki, qurğuya "Android Trojan SLocker-DZ" troyanı yerləşib.
 
Bu virus, öz əməllərini ABŞ Federal Araşdırma Bürosunun sanksiyaları kimi təqdim edərək qurğunu  bloklayır, bunun səbəbi kimi isə arzuedilməz kontentə malik olan saytların ziyarət olunması göstərilir. Blokun açılması üçün tələb olunan 500 dollar məbləğində vəsait isə cərimə kimi təqdim edilir.
 
Aynur Vəliyeva
 




30/05/15    Çap et