Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“comScore”: “Mobil internet fərdi kompüterlərdən istifadəni azaltmır”


Hazırda insanlar internetə daha çox mobil qurğular vasitəsilə daxil olur, lakin bu, fərdi kompüterlərdən istifadənin azalması kimi başa düşülməməlidir. Bu barədə "comScore" şirkətinin son məlumatında deyilir.
 
Sahədə istifadəçilərin fərdi kompüterlərdən istifadədən imtina edərək mobil qurğulara keçməsi fikri geniş yayılıb. Əslində isə tədqiqat və analitik şirkətlərin məlumatları ümumilikdə bazar səviyyəsində bu fikri təsdiq etmir.
 
Mobil qurğulardan kontent istifadəçilərinin sayı durmadan artır, lakin buna baxmayaraq fərdi kompüterlərdən internetə daxil olmaq üçün istifadə azalmır. Faktlar göstərir ki, bu göstərici yüksəlir.
 
"comScore"un məlumatına görə, ABŞ-da fərdi kompüter istifadəçilərinin onlayn sərf etdikləri ümumi vaxt son iki il ərzində stabil olaraq qalır. Digər tərəfdən, mobil qurğularda sərf edilən vaxt sürətlə artır. Lakin rəqəmlər ondan xəbər verir ki, mobil qurğulardan istifadə vaxtı fərdi kompüterlərin vaxtı ilə eynilik təşkil edir.
 
Mobil qurğulardan adətən səhər və axşam vaxtlarında istifadə olunduğu halda fərdi kompüter trafikindən əsasən iş günlərində istifadə edilir.
 
Bir sözlə, mobil trafikin payı artmaqla yanaşı, ümumi trafikin payı yüksəlir, - "Serachengines" yazır.
 




01/06/15    Çap et