Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir iyunun 19-da Yevlaxda vətəndaşlarla görüşəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 2015-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qrafikə əsasən, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 19-da Yevlax  şəhərində  Yevlax, Bərdə,  Tərtər,  Ağdam,  Xocalıdan olan vətəndaşlarla görüşəcək.


 Görüşdə  əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların rəy, təklif və iradları dinləniləcək.

 
Qeyd edək ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.




01/06/15    Çap et