Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki ay ərzində onlayn xidmətlər portalı istifadəçilərinin sayı 10 min nəfər artıb


“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 170 min nəfəri ötüb. Aprelin 1-nə olan statistik göstəriciyə əsasən, portal istifadəçilərinin sayı 160 nəfər təşkil edib. Hazırda isə 170 115 istifadəçi qeydə alınıb.
 
 “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR




01/06/15    Çap et