Qeyd edək ki, "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidməti hazırda "Elektron Hökumət" portalı üzərindən fəaliyyətdə olan aktual xidmətlərdəndir. Vətəndaşların xarici ölkələrdən aldıqları mobil cihazların sözügedən xidmət vasitəsilə asanlıqla qeydiyyatdan keçirilməsi mümkündür.
Cari ilin keçən dövrü ərzində portal üzərindən təqdim olunan "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 222998 dəfə istifadə olunub.
Nəzərinizə çatdırırıq ki, "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilən "Mobil cihazların İMEİ kodunun yoxlanılması" xidməti də xüsusi əhəmiyyətə malikdir və vətəndaşlar tərəfindən ən çox istifadə edilən xidmətlərdəndir.. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və eləcə də, qeydiyyatı barədə informasiya əldə etmək olar.