Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərkosmos" ikinci peyk layihəsi çərçivəsində kənar hüquq məsləhətçisi cəlb edir


Azərbaycan milli peyk operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti  ikinci peyk layihəsi çərçivəsində kənar hüquq məsləhətçisi cəlb etmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin  məlumatına əsasən, “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların alınması üzrə müqavilə layihəsinin baxılması və yekun versiyasının tamamlanması üçün kənar hüquq məsləhəti xidməti göstərən şirkətlərlə danışıqlara hazırlıq işləri aparılır.

Ehtimal edilir ki, iyun ayının sonuna kimi hüquq məsləhətçisi şirkəti müəyyən ediləcək.
 
Aynur Vəliyeva




01/06/15    Çap et