Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Spacex” ABŞ Müdafiə Nazirliyinin maraqları çərçivəsində kosmik uçuşlarını həyata keçirəcək
“Spacex” ABŞ Müdafiə Nazirliyinin maraqları çərçivəsində kosmik uçuşların həyata keçirilməsinə icazə alıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu günədək bu hüquqa yalnız “Lockheed Martin” və “Boeing” şirkətləri tərəfindən təqdim edilmiş “United Launch” alyansı malik idi.
Son iki il “SpaceX” danışıqlar aparırdı. Artıq “U.S. Air Force” ilə bütün razılaşmalar imzalanıb.
Yaxın zamanda “SpaceX” 100 milyon dollar dəyərində “Falcon 9” kosmik gəmisinin əsasında hərbi peyk buraxmaq niyyətindədir.
“United Launch” alyansı bu cür əməliyyata görə 160 milyon dollar alır.
Aynur Vəliyeva
01/06/15 Çap et