Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Ali Neft Məktəbi “Microsoft”un Sertifikatlaşdırma imtahanlarını keçirmə hüququ qazanıb


Bakı Ali Neft Məktəbi (BANM) CERTİPORT təşkilatı tərəfindən Səlahiyyətli TEST Mərkəzi kimi qəbul olunub.

BANM-dan bildirilib ki, bu gündən etibarən Bakı Ali Neft Məktəbi “Microsoft”un Sertifikatlaşdırma imtahanlarını keçirmə hüququna malikdir.
 
Qeyd edək ki, CERTİPORT təşkilatı “Microsoft” şirkətinin sertifikatlaşdırma imtahanlarının keçirilməsi ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatdır.
 
 
HƏQİQƏT
 




01/06/15    Çap et