Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstan hökumət lisenziyalaşdırılmasına keçdi


“Microsoft” Korporasiyası və Gürcüstan hökuməti arasında bütün dövlət strukturlarında təhlükəsizliyin təmin olunması və genişləndirilməsini nəzərdə tutan leqallaşdırma və lisenziyalaşdırma ilə bağlı saziş imzalanıb. Bu saziş postsovet məkanında Gürcüstanın tam lisenziyalı proqram təminatına keçməsini təmin edən ilk razılaşmadır.

Saziş Gürcüstanın Avropa İttifaqına üzvlüyü istiqamətində atılmış yeni bir addımdır. Belə ki, hökumət intellektual mülkiyyət hüquqlarının qorunmasında qərb standartlarına keçir.
 
Qeyd etmək lazımdır ki, 2011-ci maliyyə ilinin nəticələrinə əsasən, Gürcüstanda proqram piratçılığının səviyyəsi 95% təşkil edib. İT sahəsində oğurluq qanuni işlərə zərər vurur, səmərəliliyi azaldır və məsul işlərin kibertəhlükəsizliyini təhdidlərə məruz qoyur. Hökumətlər sazişin başlıca faydalarını vurğulayaraq piratçılığa qarşı səylərini dəstəkləyərək sənayelərin rəqabət qabiliyyətliyinin artırılmasına yardımçı ola bilər.
 
Gürcüstanda piratçılıqla mübarizə apararaq İT ekosistemini möhkəmləndirmək gərəkdir. Müvafiq intellektual mülkiyyət hüquqlarının qorunması tədbirləri həm biznes sektoru, həm də sadə istifadəçilər üçün faydalı olacaq. Bu cür fəaliyyət ölkəni xarici investisiyalar üçün cəlbedici edir, ölkə vətəndaşlarına və İT sektorda fəaliyyət göstərənlərə yeni imkanlar yaradır və Gürcüstanın müəyyən etdiyi siyasi və sosial-iqtisadi inkişaf istiqamətindəki fəaliyyətini daha da möhkəmləndirir.
 
Bu cür sazişin başlıca üstünlüklərindən biri də odur ki, “Windows” əməliyyat sistemi, “Microsoft Office”, server məhsulları və s., yəni ümumilikdə “Microsoft” platforması hökumətə vahid şəkildə təqdim olunur.
 
Sıravi istifadəçilər üçün bu, ilk baxışdan az əhəmiyyətli görünə bilər. Lakin lisenziyaların rahat menecmenti, o cümlədən bütün hökumət orqanlarının eyni inkişaf səviyyəsində olmasına şərait yaratması əldə edilmiş proqram təminatının cari və gələcək layihələrin idarə olunmasında, bölüşdürülməsində və istifadəsində əhəmiyyətli üstünlüklər yaradır.
 
Qüvvədə olacağı 3 il ərzində əldə olunmuş “Microsoft” məhsullarının son versiya və yeniləmələri ilə hökumətin pulsuz təchiz olunması bağlanmış geniş sazişin digər bir üstün cəhətidir. BSA tərəfindən iki ildə bir dəfə tərtib olunan reytinqdə Gürcüstan 2009-cu ildə lisenziyasız proqram təminatının 95% və 2011-ci ildə 91% göstəricisi ilə birinci yerdə qərarlaşmışdır. 2015-ci il ərzində bu göstəricinin təxminən 20% azalması gözlənilir.




01/06/15    Çap et