Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Şagird-məzun” elektron məlumat bazasına buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi başa çatır


“Şagird-məzun” elektron məlumat bazasına buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi başa çatır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib. Sədr qeyd edib ki, bu il ümumilikdə 88151 nəfər XI sinif, 107236 nəfər isə IX sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir:
 
 “Buraxılış imtahanları təsdiq olunmuş qrafikə uyğun olaraq 2, 6, 11, 16 iyun tarixlərində aparılacaq”.
 
 
 
Həqiqət İSABALAYEVA




01/06/15    Çap et