Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lənkəranda «Elektron ticarət və sahibkarlıq fəaliyyətində onun rolu» mövzusunda seminar keçirilib
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda «Elektron ticarət və sahibkarlıq fəaliyyətində onun rolu» mövzusunda seminar keçirilib.
Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.
Seminarda elektron ticarət və onun əhəmiyyəti, «Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı» («elektron Azərbaycan») və «Azərbaycanda 2010-2011-ci illərdə «elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı» çərçivəsində həyata keçirilən tədbirlər, bu sahədə Azərbaycandakı mövcud qanunvericilik, elektron ticarət portallarının xüsusiyyətləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə barədə ətraflı məlumatlar verilib.
10/09/11 Çap et