Mobil qurğular bazarına yeni brend təqdim edilib
Mobil qurğular bazarına təqdim edilən yeni “Letv” brendinin debütü uğurlu olub.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, ilkin mərhələdə 500 mindən çox təqdim edilən qurğunun 310 mini öncədən sifariş əsasında satılıb.
“Letv Mobile” şirkətinin prezidentinin sözlərinə əsasən, reallıq gözləntilərə üstün gəlib. Lakin məlum olub ki, istehlakçılar arasında smartfonları sonradan satmaq üçün alan insanlar olub.
Proqnozlara görə, bu ilin dördüncü rübündə şirkət artıq ayda 1 milyon qurğu istehsal edəcək.
Aynur Vəliyeva