Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mingəçevir İnkubator və Texnologiya Transferi Mərkəzi yaradılacaq
Bu il Mingəçevir İnkubator və Texnologiya Transferi Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkili ilə bağlı 2015-ci il üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqlədiyi tədbirlər planında məlumat verilib.
Tədbirlər planına görə, İnkubasiya Mərkəzinə bölgələrdə fəaliyyət göstərən “starup” və fərdi innovasiya layihələri cəlb ediləcək.
CAHANGİR
02/06/15 Çap et