Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni yaradılacaq texnoparkın internet resursu istifadəyə veriləcək



Cari ildə “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın rəsmi internet saytının yaradılması planlaşdırılır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, texnoparkın fəaliyyətinin təşkili ilə bağlı 2015-ci il üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqlədiyi tədbirlər planında əksini tapıb.
 
Həmçinin “bir pəncərə” prinsipi əsasında texnoparkın rezidentlərinin uçot-qeydiyyat sistemi yaradılacaq.
 
Eyni zamanda rezidentlər haqqında məlumat bazası formalaşdırılacaq.
 
Texnoparkın rezidentləri və digər şəxslərin istifadəsi məqsədilə elektron xidmətlərin istifadəyə verilməsi də il ərzində görüləcək işlər sırasındadır.
 
CAHANGİR
 




02/06/15    Çap et