Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Texnologiyalar Parkının təbliğatına başlanılacaq
“Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın tanıdılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə təbliğat işi genişləndiriləcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə texnoparkın fəaliyyətinin təşkili ilə bağlı 2015-ci il üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqlədiyi tədbirlər planında deyilir.
Təbliğat işləri çərçivəsində tədbirlər keçiriləcək, internet resurslarında mütəmadi olaraq məlumatlar yerləşdiriləcək, eləcə də tanıtım materialları və çap məhsulları hazırlanacaq.
CAHANGİR
03/06/15 Çap et