Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanli mütəxəssis XIV STP - Elm və Texnologiya Parkları Təlim proqramında iştirak edir
AMEA ilə Cənubi Koreyanın elmi-tədqiqat institutları və İNNOPOLİS Fondu arasındakı əməkdaşlıq əlaqələri gücləndiriləcək.
Bu məqsədlə müzakirə və görüşlərin keçirilməsi planlaşdırılır. Akademiyadan bildirilib ki, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Cənubi Koreyaya səfər edib. Məqsəd Cənubi Koreyanın İNNOPOLİS Fondunun mütəmadi olaraq təşkil etdiyi XIV STP (Elm və Texnologiya Parkları) Təlim proqramında iştirak etməkdir.
Proqram çərçivəsində elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması, elm və texnologiya parkları ilə bağlı müvafiq sessiyalarda dünya və Cənubi Koreya təcrübəsi barədə təlimlər keçiriləcək.
İyunun 13-dək davam edəcək səfər çərçivəsində sözügedən istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Həqiqət İSABALAYEVA
03/06/15 Çap et