Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi elektron sənəd dövriyyəsini təkmilləşdirir
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi elektron sənəd dövriyyəsini təkmilləşdirir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, agentlik Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemində sənəd dövriyyəsinin təkmilləşdirilməsi ilə yanaşı, elektron imza ilə göndərilən sənədlərin qəbulunun təmin edilməsi və müvafiq hesabatların tərtib edilməsini nəzərdə tutur.
Bu məqsədlə hazırda agentlik müxtəlif şirkətlərlə danışıqlar aparır və iyun ayının sonuna kimi qeyd edilən işlərin icrasına başlanacağı gözlənilir.
Aynur Vəliyeva
03/06/15 Çap et