Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC” “Əşyaların interneti” seqmentinin yaxın üç ildə sürətlə artacağını proqnozlaşdırıb


"Əşyaların interneti" seqmenti yaxın üç ildə İKT bazarının ən sürətlə artan istiqamətlərindən biri olacaq. 
 
"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, "IDC"-nin proqnozlarına görə, 2018-ci ildə EMEA regionunda "Əşyaların interneti" bazarının həcmi 50 milyard dollar təşkil edəcək. Bu arada quraşdırılmış qurğuların sayı 2 milyard vahiddən çox olacaq.
 
"J'son & Partners" analitik qrupun proqnozlarına əsasən, Rusiyada yüksək texnoloji daşınan qurğu bazarı hazırda 0,3 milyon qurğu təşkil edir - yəni 2013-cü ildə olduğundan iki dəfə çox. Bazarın ümumi həcmi 2018-ci ilədək 2 milyon qurğuyadək artacaq.
 
Aynur Vəliyeva
 




03/06/15    Çap et