Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya mobil əlavələr bazarı sürətlə artır
Beynəlxalq analitik şirkətlərin araşdırmaları dünya mobil əlavələr bazarının sürətlə artdığını göstərir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Statista.com” saytı 2015-ci ilin əvvəlində “Apple Apps Store” və “Google Play Market”də təqdim edilmiş əlavə proqramların sayı 1,4 milyonu ötüb.
Bazar iştirakçılarının sayı, təqdim edilən məhsulların çeşidi və tələbat artmaqda davam edir.
“Apple” şirkətinin məlumatına əsasən, 2015-ci ilin əvvəlinə olan vəziyyətə görə, “Apple Apps Store” dükanının tərtibatçıları mobil əlavələrin və oyunların reallaşdırılmasından 25 milyard dollar qazanc əldə ediblər.
Aynur Vəliyeva
03/06/15 Çap et