Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalı üzərindən “GoMap”-dən istifadə sayı açıqlanıb
Məlum olduğu kimi, mayın əvvəlində Azərbaycanın ilk elektron xəritəsi olan “GoMap” “Elektron hökumət” portalına inteqrasiya edildi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, elektron xəritənin istifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq artıq “GoMap”-dən 1844 dəfə istifadə olunub.
Sözügedən xidmətin axtarış sistemi vasitəsilə istənilən obyektin ünvanını tapmaq, iki məntəqə arasında marşrutu müəyyən etmək mümkündür. Bundan əlavə, “GoMap” elektron xəritəsi bir neçə funksiyanı yerinə yetirir.
CAHANGİR
03/06/15 Çap et