Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın beynəlxalq çıxış trafikinin həcmi artıb
Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, mayda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunub.
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda artaraq 155 Gbp/s təşkil edib.
Ölkənin çıxış trafikinin maksimal həcmi də son bir ay ərzində 48,5 faiz artaraq 35 Gbp/s səviyyəsinə çatıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 42 faiz artıb.
Aynur Vəliyeva
04/06/15 Çap et