Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” da 70 dildə tərcümə edəcək


“Facebook” sosial şəbəkəsi “Microsoft” onlayn-tərcümə xidməti ilə inteqrasiya olunub və tezliklə sosial şəbəkədə nəşr edilən mətnləri dərhal müxtəlif dillərə tərcümə etmək imkanı istifadəçilərə təklif ediləcək.

“Facebook” öz səhifələrində nəşr edilən mətnlərin tərcüməsi funksiyasını 70 müxtəlif dildə hazırlayıb. Nəşr edilən mətndə "Comments" və "Like" düymələri ilə yanaşı, “Translate” düyməsi də olacaq.

İstifadəçinin, həmçinin postun avtomatik tərcüməsini səhifədə düzəltmək imkanı da olacaq; bunun üçün tərcümə üçün xüsusi əlavə quraşdırmaq lazımdır.

“Facebook”un yeni funksiyanı yoxlaması haqqında “İnsideFacebook” portalı bir neçə gün əvvəl məlumat verib. Nəşr bildirib ki, az sayda istifadəçilərin postlarının yanında "Translate" düyməsi var.

Yeni funksiya “Facebook”un “Microsoft” şirkətinin “Bing Translate” avtomatik tərcümə sistemi ilə inteqrasiyası nəticəsində mümkün olacaq.




10/09/11    Çap et