Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda yaşayış yeri haqqında 3 minə yaxın arayış elektron qaydada əldə edilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ötən ay ərzində yaşayış yeri haqqında elektron arayışla bağlı statistikanı təqdim edib.
 
May ayında vətəndaşlar “Elektron hökumət” portalı üzərindən 2960 dəfə “Yaşayış yeri haqqında arayış” formalaşdırıb.
 
Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilir.  E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür. 
 
CAHANGİR




05/06/15    Çap et