Yaponiyada 200 nəfərlik danışıq qrupu üçün əlavə istifadəyə verilib
Yaponiyanın “Line Corp” şirkəti “Android” əməliyyat sistemi üçün 200 nəfərin iştirakı ilə qrup danışıqlarını təşkil etməyə imkan verəcək yeni əlavə buraxıb.
"Android” istifadəçiləri “Popcorn Buzz” adlanan və 18 dili dəstəkləyən əlavədən artıq dünyanın hər yerində istifadə edə bilər. Şirkət həmçinin gələcəkdə “iPhone” üçün əlavə buraxmağı planlaşdırır.
Əlavə müəllifləri qeyd edirlər ki, onun “Skype”, “Google Hangouts” və “KakaoTalk” kimi rəqiblərindən fərqi videokonfrans iştirakçılarının sayının çox olmasındadır ki, bu da Asiya-Sakit okean regionu üçün çox aktualdır, - “
Qazeta” yazır.