Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda yeni elektron tablolar quraşdırılıb


Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunları ilə  bağlı yeni elektron tablolar tətbiq edib.
 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verərək bildirdi ki, yeni elektron tablolardan  sürücü eyni anda 5-6 məlumatı birdən əldə edəcək.
 
Belə ki, onlar bu tablolar vasitəsilə yoldakı vəziyyəti, sürət həddini, havanın temperaturunu, vaxtı, küləyin sürətini və bir neçə məlumatı görə biləcəklər.

N.Həsənov daha sonra bildirib ki, bununla bağlı  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) ümumi izləmə monitoru artıq yenilənib. Bu monitorlar daha böyük olmaqla sürücülərin onu daha aydın görməsinə şərait yaradır. Həmçinin belə bir tablolar Bakının şimal və cənub girişində də qurulub ki, paytaxta daxil olan sürücülərə istiqaməti və əlavə məlumatlandırılmada kömək olur.
 
Qeyd edək ki, yeni quraşdırılmış tablolardakı sarı işıq yoldakı sıxlığı, qırmızı işıq tıxacı, yaşıl işıq isə yolun boş olduğunu göstərir.
 
 RƏVAN
 




05/06/15    Çap et