Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda indiyədək 34,5 min elektron imza istifadəyə verilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron imza üzrə növbəti statistik göstəriciləri açıqlayıb.
 
Hazırda e-imza kartlarından istifadə edən vətəndaşların sayı 7534, dövlət qurumlarının sayı 20845, hüquqi şəxslərin sayı isə 6099-a çatıb.
 
Bu gün ümumilikdə 34 478 e-imza sertifikatları öz texniki imkanları və üstünlükləri ilə vətəndaşlara xidmət edir.
 
CAHANGİR




06/06/15    Çap et