Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən ay 100 minə yaxın nömrənin hansı mobil operatora daşındığı öyrənilib


May ayında “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətindən 90352 dəfə istifadə edilib.
 
 
“Elektron hökumət” portalında istifadədə olan adıçəkilən elektron xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmətdən istifadə etməklə abunəçi etdiyi zəngin dəyərini hesablaya bilər. 
 
 
Xatırladaq ki, ötən ilin fevral ayının 1-dən etibarən Azərbaycan ərazisində Mobil Nömrədaşıma Xidməti fəaliyyət başlayıb.
 
Bu xidmətdən faydalanaraq abunəçi istifadə etdiyi mobil telefon nömrəsini (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxararaq digər mobil operatorun şəbəkəsinə keçirə bilər. 
 
 
CAHANGİR



 
 




06/06/15    Çap et