Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İranlılar “Gmail”də olan poçtlarının parollarını dəyişməlidirlər
“Google” internet şirkəti İran internet istifadəçilərinə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, onlara “Gmail” poçt sistemindəki poçt qutuları üçün parollarını dəyişdirmək məsləhət görülüb, belə ki elektron poçtların hakerlər tərəfindən “sındırılma” ehtimalı var.
Ehtimal edilir ki, kibercinayətkarlar tərəfindən Hollandiyanın “DigiNotar SSL”- sertifkatlaşdırma mərkəzinin “qırılma”sından sonra nəzəri cəhətdən belə bir halın olması mümkündür.
Qeyd olunan “qırılma” hadisəsindən sonra, hadisənin araşdırılmasına dünyanın böyük antivirus şirkətləri və müstəqil İT şirkətləri qoşulublar.
Onların bir çoxu qeyd edib ki, “SSL”-sertifikatların oğurlanması ilə bağlı zərər yalnız “Google” şirkətinə dəyməyib, lakin ehtimal ki, kibercinayətkarların əsas məqsədi, məhz bu şirkət olub.
Araşdırma prosesində müəyyən edilib ki, sertifikatların oğurlanması, məhz İran istifadəçilərinə, daha dəqiq müxalifətçilərə və siyasi fəallara qarşı yönəldilib.
Bu həftənin əvvəlinə olan məlumatlara əsasən, hakerlər İranda artıq “Google” xidmətlərini imitasiya (təqlid edən) saxta xidmətlər yarada biliblər və onlara saxta sertifikatlar vasitəsilə təxminən 300 000 istifadəçi müraciət edib.
Bununla əlaqədar “Google” şirkəti dünən İran istifadəçilərinə yalnız “Gmail” üçün parolu dəyişdirmək deyil, həm də elektron məktubun sahibi haqqında xidməti informasiyanı yoxlamaq kimi təkliflə müraciət edib. Həmçinin, istifadəçilərə digər proqramlar, xüsusilə “Google Docs” üçün parolları dəyişdirmək məsləhət görülüb.
10/09/11 Çap et