Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” SMS spamların qarşısını almaq məqsədi ilə yeni sistem istifadəyə verir
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti bu həftədən etibarən SMS spamların qarşısını almaq məqsədi ilə yeni sistem istifadəyə verir.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu sistem bu günə kimi qarşılaşdığımız sistemlərdən fərqlidir.
“Bu günə kimi arzuedilməz reklam və əyləncə kontentli SMS-lərin qarşısını almaq üçün adətən SMS-in gəldiyi nömrəyə STOP yazaraq onların qarşısı alınırdı. Lakin mobil rabitənin inkişafı ilə bu cür SMS-lərin sayı həddindən artıq çox olduğu və hər bir SMS-lə ayrıca müraciət etmək yetərincə vaxt tələb etdiyinə görə fərqli sistem tətbiq etmişik. Bu sistemdə SMS spamların qarşısını almaq üçün yalnız sizə maraqlı olan şirkətlərin, bankların qısa nömrələrini qeyd edərək bu siyahını “Bakcell”ə göndərmək lazımdı, bununla da digər arzuedilməz SMS-lərin göndərilməsi dayandırılır”, - deyə “Bakcell” şirkətindən bildiriblər.
Aynur Vəliyeva
08/06/15 Çap et