Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo”nun böyük planları


“Lenovo” şirkətinin rəhbəri Lyu Çuanji Çin jurnalistlərinə verdiyi müsahibəsində bildirib ki, şirkət “Dell”-i ötməyi və dünyanın ən böyük kompyuter istehsalçıları arasında ikinci yeri tutmağı planlaşdırır.

Hal-hazırda “Lenovo” şirkəti 12,2% bazar payı ilə üçüncü yeri tutur. Məlumat üçün qeyd edək ki, “Dell” şirkətinin bazar payı (12,9%) bir az çoxdur.

Çin şirkəti aparıcı istehsalçılar arasında rekord artım sürəti göstərir: “Lenovo” şirkətinin satışları il ərzində 22,9% artıb. Məsələn, “Dell”-də satışların artması yalnız 2,8% təşkil edib.

Fərdi kompyuter istehsalçıları arasında birinci yeri əvvəlki kimi 18.1% bazar payı ilə “HP” şirkəti tutur.




10/09/11    Çap et