Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi son zamanlar aşkar olunan təhlükədən qorunma yollarını göstərib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini şəkillər vasitəsilə kompüterlərin virusa yoluxdurulması barədə xəbərdar edib.
 
Mərkəzin məlumatında qeyd olunur ki, internet istifadəçilərinə göndərilən normal görünüşlü şəkillərin arxa fonunda yerləşən ziyanverici proqramlar istifadəçilərin xəbəri olmadan kompüterlərini asanlıqla sıradan çıxara bilər.

Stegosploit adlandırılan bu vasitə ilə  bədniyyətlilər zərərli kodu şəklin pikselində gizlətməyə nail olurlar. Bu yolla ziyanverici proqramı gizlətməyə müvəffəq olan şəxs həmin şəkli qarşı tərəfə göndərir və istifadəçi şəkli açdığı andan etibarən kompüteri ziyanverici proqrama yoluxmuş olur.

Qeyd edək ki, bədniyyətli üçün ziyanverici proqramı şəklin pikselində gizlətmək, onu e-poçt əlavələrində, PDF və ya başqa formatda saxlamaqdan daha əlverişlidir.
 
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə kompüterlərinin bu cür virusa yoluxmaması üçün naməlum elektron poçt ünvanından və ya sosial şəbəkələrdə paylaşılan, həmçinin göndərilən hər şəkil formatında olan faylları açmamağı, eləcə də kompüterə yükləməməyi tövsiyə edir.
 
CAHANGİR
 
 




09/06/15    Çap et