Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Kosmik Agentliyi Yer orbitində zibilin yığılması üzrə layihəni istifadəyə verib


Avropa Kosmik Agentliyi Yerətrafı orbitin toplanmış zibildən təmizlənməsi üzrə planı həyata keçirməyə başlayıb.

"e.Deorbit” proqramının əsasını orbitə hər il sıradan çıxmış peyklərin, eləcə də aşağı Yerətrafı orbitdə olan digər potensial təhlükəli obyektlərin axtarışı və utilizasiyası məqsədilə avtonom kosmik aparatların buraxılması təşkil edir.  
 
Hazırda mühəndislər tərəfindən bu sistemlərin son layihəsi təsdiqetmə mərhələsindədir. Kosmik zibilin toplanması variantlarından biri xüsusi şəbəkəli harpun sistem, eləcə də qırıntıların toplanması üçün robot əldən istifadə imkanıdır. 
 
Bildirilir ki, peyklərin mümkün toqquşma imkanı hələ də qalır. Peyklərin və orbital zibilin sıx yerləşməsini nəzərə alsaq, bu, faciəli zəncirvari reaksiya ilə nəticələnə bilər. 
 
Avropa Kosmik Agentliyinin təşəbbüsü çərçivəsində avtomatik sistemlərdən başqa yeni peyklərə onların işi başa çatandan sonra hərəkət trayektoriyasını ölçəcək, peykləri orbitdən çıxararaq onları uzaq kosmosa göndərəcək xüsusi proqram yüklənəcək, - "Delo yazır.




09/06/15    Çap et