Dünyada serverlərin 30 faizi fəaliyyətsiz qalıb
Stenford Universitetinin mütəxəssisləri “Anthesis Group” İT konsaltinq şirkəti ilə birlikdə hesabat dərc edərək dünyanın məlumat emalı mərkəzlərində 10 milyon fiziki serverin fəaliyyətsiz qalmasını açıqlayıblar. Ekspertlər belə serverləri “komatoz” adlandırıblar.
Tədqiqatçıların məlumatına görə, dünya məlumat emalı mərkəzlərində serverlərin təxminən 30 faizindən son il yarımda istifadə olunmur. İstifadə olunmayan infrastruktura xidmətin dəyəri şirkətlərə 30 milyard dollara başa gəlir. Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasına səbəb təşkilatlar çərçivəsində effektsiz idarəetmə və müxtəlif qrupların işinin əlaqələndirilməsində mövcud çatışmazlıqlardır.
Ekspertlərin qənaətinə görə, problemin əsasını lazımi sayda analitik alətlərin olmaması təşkil edir. Analitikadan istifadə etmədən resursların əlavələri işlətməsini real qiymətləndirmək qeyri-mümkündür. Bundan başqa, əksər şirkətlər serverləri gələcəyi düşünərək alır. Lakin tələbat yetərincə sürtələ artmır. Nəticədə avadanlıq işləksiz qalır, onun dəstəklənməsi çoxlu maddi vəsait tələb edir.
Mütəxəssislərin sözlərinə görə, problemin yeganə həll yolu istifadə olunan əlavə dəstlərinin təkmilləşdirilməsidir. Bu, lazımi serverlərin sayını, eləcə də “komatoz” serverlərdə quraşdırılan proqram təminatı üçün xərcləri azaltmağa imkan verəcək, - "
SecurityLab” yazır.