Dünyada elektron ticarətin həcmi artmaqda davam edir
Elektron ticarət dünyanın dörd iri bazarında - ABŞ, Almaniya, Böyük Britaniya və Çində yaxın bir neçə ildə artmaqda davam edəcək və 2018-ci ildə 490,5 milyard dollara çatacaq. Bu barədə “OC&C”, “PayPal” və “Google” şirkətlərinin birgə tədqiqatında deyilir.
Hesabata görə, Avropa istehlakçıları, xüsusilə britaniyalılar internetdə alış-verişə beş funt-sterlinqdən birini xərcləyir. Bu halda onlayn ticarətin artımı birbaşa smartfon və mobil bazarlığın yayılmasının genişlənməsindən asılıdır.
“İnternet istifadəçilərinin sayı sürətlə artır və yeni istifadəçilərin əksəriyyəti smartfon vasitəsilə alış-verişə üstünlük verir”, - "Google”un Britaniyadakı satış üzrə direktoru Martin Bertisen deyib.
Böyük Britaniya mobil alışların artım tempinə görə liderdir. Bu ölkədə onlayn alışın yarısından çoxu (59 faiz) smartfon və planşetlərlə həyata keçirilir ki, bu da ABŞ-dan (45 faiz) 14 faiz, Almaniyadan (24 faiz) 35 faiz çoxdur.
İnternet ticarətinin inkişafı transsərhəd satışların artımına müsbət təsir edir. Məsələn, hazırda Çin sakinləri yerli internet mağazalarında olduğu kimi, təxminən bu sayda Britaniya saytlarında alış-veriş edir. Onların 40 faizi xarici saytlarda nəyə görə alış-verişə üstünlük verməklə bağlı sualı cavablandıran zaman əsas səbəb kimi geniş mal çeşidini qeyd edib. Beləliklə, beynəlxalq internet ticarətinin artımı istifadəçilərin əsas arzularından birini - mal və xidmətlərin geniş seçimini təmin edə bilər, - “
Payspacemagazine” yazır.