Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mayda ən çox 4 dövlət qurumunun elektron xidmətlərindən istifadə olunub


May ayında “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları məlum olub.
 
Bu qurumlara Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxildir.
 
Ötən ay Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu”, “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi”, “Namizədlərə imtahana buraxılış vəsiqələrinin internet vasitəsilə verilməsi”, “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” elektron xidmətlərdən ümumilikdə 713 951 dəfə istifadə edilib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri üzrə 246392 istifadə sayı qeydə alınıb.
 
Bu müddətdə Dövlət Sosial Müdafiə Fondunun ən çox istifadə olunan elektron xidmətlər sırasında yer alan “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin  təqdim edilməsi”  xidmətlərindən  vətəndaşlar 219 291 dəfə faydalanıblar.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış” elektron xidmətlərinə 167 587 dəfə müraciət olunub.
 
CAHANGİR
 
 




10/06/15    Çap et