İçkili sürücülərə avtomobili işə salmağa mane olan sistem yaradılıb
“DADSS” (Driver Alcohol Detection System for Safety) sistemi sürücü içkili olduğu zaman avtomobili işə salmağa mane olacaq.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, sistem avtomobilin sükan sütununa, ya da yan divarına quraşdırılır və salondan hava alır.
Alınan hava ölçüləri üzrə sürücünün qanında alkoqolun səviyyəsinin 0,8 promildən çox olduğunu göstərdiyi halda, mühərrikin işə salma sistemi bloklanır.
“DADSS” sistemi Amerikanın NHTSA xidməti tərəfindən kommersiya tətbiqi üçün tövsiyə edilib.
Aynur Vəliyeva