Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Intel” şirkəti Silikon Vadisinin əsas probleminin həllinə 125 milyon dollar xərcləyəcək
“Intel” şirkəti Silikon Vadisinin ən mühüm problemlərindən birinin həllinə 125 milyon dollar xərcləyəcək.
“ICTnews” xəbər xidmətinin “Business Insider” araşdırmalarına istinadən verdiyi məlumata əsasən, bu, irqi və gender diskriminasiyanın problemidir.
“Intel Capital” investisiya fondu, İT sahəsində milli azlıqların və qadınların balanslaşdırılmış nümayəndəliyinin yaradılmasına yönəldilmiş startapların inkişafını dəstəkləyən xətti açıb.
“Intel Diversity Fund” Fondunun ilk dəstəklənən startaplar siyahısına “Brit+ Co”, “CareCloud”, “Mark One” və “Venali” daxil olublar.
Aynur Vəliyeva
10/06/15 Çap et