Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ukrayna Texnologiya Akademiyası ilə elmi-texniki əməkdaşlıq dairəsi genişləndirilir


Elmi İnnovasiyalar Mərkəzi (EİM) elmi-texniki əməkdaşlıq dairəsini genişləndirir.
 
Belə ki, EİM hazırda Ukrayna Texnologiya Akademiyası ilə danışıqlar aparır.
 
İki qurum arasında gələcəkdə qarşılıqlı əməkdaşlığa dair müzakirələr davam etdiriləcək. Mərkəzdən o da bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin Tədris-təhsil mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun dəvəti ilə Kiyev şəhərində səfərdə  olub və adı çəkilən təhsil ocağının Elmi Şurasının qərarı ilə institutun “Fəxri Professoru” diplomuna layiq görülüb.
 
T.Əliyev ezamiyyət dövründə Ukrayna Texnologiya Akademiyasının ümumi yığıncağında da iştirak edib, həmin Akademiyanın həqiqi üzvü seçilib. İqtisadçı-alimin Elmi İnnovasiyalar Mərkəzinin elmi şurasının növbəti iclasında ezamiyyətilə bağlı məlumatı dinlənilib.
 
O qeyd edib ki, təmsil etdiyi qurum  uzun illərdir Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi istiqamətində uğurlu işlər görür.
 
 
 
Həqiqət İSABALAYEVA




11/06/15    Çap et