Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər Amerikanın “NBC” telekanalının “Twitter” lentini “sındırıblar”
Cümə günü axşam naməlum kibercinayətkarlar Amerikanın “NBC” telekanalının “Twitter” lentini “sındıra” və orda bir neçə saxta xəbər yerləşdirə biliblər.
Xəbərdə bildirilib ki, guya terrorçular Nyu-York şəhərində yerləşən Qraund Ziroya (əvvəllər qeyd olunan ərazidə Beynəlxalq ticarət mərkəzi qüllələri yerləşirdi) hücum ediblər. Lakin aşağıdakı 2 xəbərlə hakerlər “NBC” kanalının lentindəki postlarının zarafat olduğunu qeyd ediblər.
“NBC” telekanalının rəsmi məlumatında bildirilib ki, “Twitter” sosial şəbəkəsində onların hesabı cümə günü, günün ikinci yarısında “sındırılıb” və saxta xəbərlər isə “@NBCNews” lentinin abunəçilərinə göndərilib.
Telekanal qeyd edib ki, “Twitter” sosial şəbəkəsinin administrasiyası ilə vəziyyətin düzəldilməsi üzərində işləyir. Televiziya şirkəti, həmçinin, öz saytında “Twitter” lentinin “qırılması” haqqında xəbər dərc edib.
“NBC” telekanalının “sındırılmış” lentindəki xəbərə əsasən, postlar naməlum “The Script Kiddies” haker qruplaşması tərəfindən yerləşdirilib. Bu haker qruplaşması haqqında hələlik hər hansı bir informasiya yoxdur.
12/09/11 Çap et