Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Velosiped təkərində yerləşdirilən videoreklam tətbiqi ən yaxşı startapların onluğuna daxil oldu
Riçard Brensonun versiyasına əsasən, “Kino-Mo” startapı Böyük Britaniyanın Top onluğuna daxil olub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu, MDB-dən İngiltərənin ən yaxşı startapların onluğuna daxil olan yeganə layihədir.
“Kino-mo” startapının yaradıcıları videoreklamın velosiped təkərində yerləşdirilməsi üçün innovativ texnologiya işləyib hazırlayıblar.
Komandanın növbəti layihəsi qoloqrafik effektə malik olan 3D displey olub. Məhsul bazarda təqdim edilən istənilən həldən ucuzdur. Bundan başqa, videonu smartfon və ya kompüterdən ötürmək mümkündür.
Aynur Vəliyeva
11/06/15 Çap et