Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT: “Kosmonavtika iqtisadi inkişafın hərəkətverici qüvvəsidir”


Vyanada BMT-nin Kosmik məkandan dinc məqsədlər üçün istifadə üzrə komitəsinin 58-ci sessiyası işə başlayıb. Sessiya iştirakçıları kosmonavtika sahəsindəki nailiyyətlərin sosial-iqtisadi inkişafa töhfəsini müzakirə edərək Sovet kosmonavtı Aleksey Leonovun həyata keçirdiyi insanın açıq kosmosa ilk çıxışının 50 illiyini qeyd edəcəklər. A.Leonovun Vyanaya gələrək öz xatirələrini bölüşəcəyi gözlənilir.
 
İyunun 11-də Fransa nümayəndə heyətinin dəstəyi ilə peyk və iqlim dəyişikliklərinə həsr olunan iclas keçiriləcək. İştirakçılar kosmonavtikanın qlobal istiləşmə prosesinin daha yaxşı dərk edilməsi üçün köməyini, eləcə də kosmik elmin iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılmasına töhfəsini müzakirə edəcəklər.
 
Komitə sessiyasının nümayəndələri qlobal naviqasiya peyk sistemlərinin indiki vəziyyətini, kosmik “zibil” problemini, həmçinin kosmik texnologiyaların 2015-ci ildən sonrakı dövr üçün inkişaf sahəsində məqsədlərə nail olma işində rolunun artırılması yollarını nəzərdən keçirəcəklər.
 
Sessiyada kosmosda şəffaflıq və etimadın möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında məsələ ilk dəfə olaraq müzakirəyə çıxarılıb.
 
Sessiyanın iclaslarında çıxışlarda əksər nümayəndə heyətlərinin təmsilçiləri öz ölkələrində kosmik məkandan dinc məqsədlər üçün tədqiqi və istifadəsinə sadiqliyini bildirərək elmi-texniki və iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq ondan bütün dövlətlərin bərabərhüquqlu istifadəsinin əhəmiyyətini qeyd ediblər.   
 
Nümayəndə heyətləri Ay və digər səma cisimləri daxil olmaqla kosmik məkanın üzərində nə suverenliyin elan edilməsi, nə istifadə və ya işğal, nə də digər yollarla özününküləşdirilməməsi prinsipinin vacibliyini, kosmik məkanın hərbiləşdirilməsinin yolverilməzliyini bir daha bəyan ediblər, - BMT saytı  yazır.  




11/06/15    Çap et