Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” rəhbəri ABŞ-ın ən populyar baş direktoru seçilib


“Google” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Larri Peyc ABŞ-da ən populyar baş direktor seçilib. Bu barədə “Glassdoor” şirkətinin reytinqində deyilir.
 
Reytinqə görə, şirkət əməkdaşları tərəfindən L.Peycin bəyənilmə səviyyəsi 97 faiz təşkil edib. Lakin “Google” rəhbəri yaxın rəqiblərini az fərqlə üstələyib. Belə ki, ikinci yeri tutan “Nike” baş direktoru Mark Parkerin bəyənilmə reytinqi də 97 faiz olub. Üçüncü yeri “HEB” supermarketlər şəbəkəsinin rəhbəri Çarlz Batt tutub.
 
Reytinqin ilk onluğuna həmçinin “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq (4-cü yer və 95 faiz bəyənmə) və “Apple”-ın baş direktoru Tim Kuk (10-cu yer və 94 faiz bəyənmə) daxildir. Ötənilki lider “Linkedln” sosial şəbəkəsinin rəhbəri Ceff Viner 93 faiz nəticə ilə 12-ci yerdə qərarlaşıb.
 
Bir il əvvəl L.Peyc analoji reytinqdə şirkət əməkdaşları tərəfindən 93 faizlik bəyənilmə səviyyəsi ilə 11-ci yerdə olub, 2013-cü ildə də eyni pilləni tutub, - "NEWSru yazır.




11/06/15    Çap et