Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT nəhəngləri yeni törəmə şirkət yaradır


“I-Teko” və “Huawei” şirkətləri yaxın zamanda törəmə şirkət yaratmaq niyyətindədirlər.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət bulud servisləri və virtuallaşma üçün proqram təminatının yaradılması ilə məşğul olacaq.


Sazişdə “İnnopolis” Universiteti və şəhərin xüsusi iqtisadi zonasını idarə edən şirkət iştirak ediblər.
 
Törəmə şirkət “I-Teko” şirkətinə məxsus olacaq, “Huawei” isə həllərin satışı üçün proqram-aparat platformasını, əməkdaşları və maddi resursları təqdim edəcək.
 
Aynur Vəliyeva
 




11/06/15    Çap et