Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyədə internet idarəçiliyi müzakirə ediləcək


Türkiyədə "Böyük iyirmilər"in beyin mərkəzlərinin konfransı keçiriləcək.
 
Konfransda qlobal  ticarət, eləcə də elektron ticarət, investisiya, iqtisadi inkişaf, maliyyə sabitliyi, innovasiya, internet idarəetməsi və infrastruktur məsələləri müzakirə olunacaq.
 
İyunun 13-dən 15-dək keçirilən tədbirdə beynəlxalq beyin mərkəzləri internet idarəçiliyində mövcud durumdan və gələcək dəyişikliklərdən, eləcə də perspektivlərlə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, öz proqnozlarını açıqlayacaqlar.
 
Konfransda informasiya-kommunikasiya texnologiyaları, innovasiya və bu sahələrə qoyulan yatırımlara diqqət çəkilərək, ölkə iqtisadiyyatında İKT-nin rolu və bu istiqamətdə əldə olunan inkişafdan söz açılacaq.
 
Eləcə də, dünyada monetar və fiskal siyasətlərin koordinasiyası, habelə infrastrukturun inkişafı məsələlərinə dair məruzə ediləcək.  
 
 
Qeyd edək ki, Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) və Çinin Çonqyanq Maliyyə Araşdırmaları İnstitutunun (RCDY) birgə təşkilatçılığı ilə keçirilən konfrans İzmir və Bodrumda baş tutacaq.
 
Konfransda Qlobal Siyasət üzrə Dialoq Platforması təqdim olunacaq.
 
Bu platformada G20-ni təmsil edən aparıcı dünya alimləri qlobal məsələləri virtual müstəvidə və onlayn müzakirə edəcəklər.
 
 
SEYMUR
 




11/06/15    Çap et